Luçeskunun vəziyyəti ağırlaşdı - Müalicəyə cavab vermir
Mirça Luçeskunun vəziyyəti ağırlaşıb – reanimasiyaya yerləşdirildi.
90plus.az xəbər verir ki, ürək problemi səbəbindən bir həftədir Buxarest Universitetinin Təcili Xəstəxanasında müalicə alan rumıniyalı mütəxəssis Mirça Luçeskunun vəziyyəti ağırlaşıb.
Xəstəxanadan verilən məlumata görə, təcrübəli baş məşqçinin ürək ritmindəki pozuntular gecə saatlarında daha da şiddətlənib. Bildirilib ki, o, tətbiq olunan müalicəyə cavab vermədiyi üçün reanimasiya şöbəsinə köçürülüb.
Xatırlatma: Rumıniya millisinin baş məşqçisi Slovakiya ilə keçiriləcək oyuna hazırlıq zamanı məşqdə qəfil huşunu itirərək yerə yıxılmış və dərhal xəstəxanaya çatdırılmışdı. 80 yaşlı mütəxəssisin ötən günlərdə vəziyyətinin stabilləşdiyi və xəstəxanadan buraxılacağı gözlənilsə də, daha sonra ürək tutması keçirdiyi və tibbi müdaxilə ilə həyata qaytarıldığı açıqlanmışdı.
Son məlumatlara əsasən, Mirça Luçeskunun vəziyyəti kritik olaraq qalır.
© Copyright 2026, All Rights Reserved