Mahir: “Neçə futbolçumuza bu nəsib olub?!"

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Albaniyaya 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyununda sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, Mahir az oyun şansı əldə etməsinə aydınlıq gətirib:
"Veteranlarımızdan Mahmud Qurbanov hazırkı yığma futbolçularını zəif hesab edir.
Xaricdə çıxış edən oyunçuların daim ehtiyatda qalmasını tez-tez vurğulayır. Ən pisi odur ki, onun dediklərin nə dərəcə real olduğunu heç kim araşdırmadı.
Deyirlər ki, Mahir az oynayır. Bu yanaşmaya qatılıram və davamiyyətdən xoşbəxt deyiləm. Amma hansı çempionatda, komandada çıxış etməyim nəzərə alınmalıdı.
Zaqreb "Dinamo"su "Barselona" səviyyəsində olmasa da, futbola yanaşmada və top-liqalara oyunçu ixracında futbol fabriki rolunu oynayır. Özümü tərifləmək kimi çıxmasın, belə bir klubun məni transfer etməsi, heyətində saxlaması böyük uğurdu. Neçə futbolçumuza bu nəsib olub?!"
© Copyright 2025, All Rights Reserved