“Man Siti”nin uduzmağında azarkeşlər də günahkardır

"Man Siti”nin baş məşqçisi Pep Qvardiola "Man Siti 2 - 3 Real" oyunundan sonra öz azarkeşlərinin Vinisius üçün "Hönkürtü ilə ağlamağı yığışdır" pankartına da münasibət bildirib.
90plus.az xəbər verir ki, mütəxəssis bunun komandanın əleyhinə olduğunu söyləyib:
“Ola bilsin ki, pankart Vinisiusa əlavə motivasiya verdi. O, möhtəşəm futbolçudur”.
Vinisius özü də Pepin dediklərini təsdiqləyib:
"Real Madrid"in ulduzu Vinisius Junior:
"Mən pankartı gördüm. Bu, məni daha da həvəsləndirdi. Rəqib azarkeşlər nə vaxt mənə təzyiq etsə, bu, mənə əla oyun oynamaq üçün daha çox güc verir.
Mənim gələcəyim? Bura mənim evimdir və mən evimdə xoşbəxtəm. Real Madriddə tarix yazmaq istəyirəm.
Növbəti günlərdə klubla yeni müqavilə mövzusunu həll edəcəyəm və burada uzun müddət qalacağam. Hər zaman demişəm ki, arzum Real Madrid klubunda davam etməkdir".
Vinisius "Siti" ilə oyunda:
Oyunun ən yaxşısı;
2 assist (UEFA qaydalarına əsasən Brahimin qolunda da assist Viniyə yazılır);
5 yaradılan qol şansı;
uğurlu dribling cəhdləri.
”Real Madrid”in qapıçısı Tibo Kurtuanın şərhi:“Vinisiusun pankartı başa düşüb-düşmədiyini bilmirəm, çünki o, ingiliscə danışa bilmir".
© Copyright 2025, All Rights Reserved