“Mançester Siti” “Sanderlend”in müqavimətini qıra bilmədi
İngiltərə Premyer Liqasının 19-cu turunda “Sanderlend” və “Mançester Siti” üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
90plus.az xəbər verir ki, “Işıq Stadionu”nda keçirilən matçda hər iki komanda qol vurmaqda çətinlik çəkib və görüş qolsuz başa çatıb.
Bu nəticədən sonra “Mançester Siti” xalını 41-ə yüksəltsə də, turnir cədvəlinin lideri “Arsenal” ilə arasındakı xal fərqi 4-ə çatıb. Mövsümün sürpriz komandalarından sayılan “Sanderlend” isə xal ehtiyatını 29-a yüksəldib.
© Copyright 2026, All Rights Reserved