"Mançester Yunayted" 110 ildən sonra ilk dəfə bunu "bacardı"
“Mançester Yunayted”in FA Kubokundakı mübarizəsi çox qısa çəkib. “Qırmızı şeytanlar” turnirin 3-cü turunda “Brayton”a məğlub olaraq kubokla vidalaşıblar.
90plus.az xəbər verir ki, bununla da, bu mövsüm “Man Yunayted”in heç bir KUBOK almayacağı dəqiqləşib:
FA Cup; League Cup və Premyer Liqadan kubok olmayacaq:
Man Yunayted 1 - 2 Brayton
Qruda 12’
Velbek 65’
B. Şeşko 85’
İngiltərə Kuboku, 3-cü mərhələ
Bundan əvvəl “Mançester Yunayted” Liqa Kubokunda (Karabao Kuboku) da fiasko yaşamışdı. Komanda 2-ci liqa təmsilçisi “Qrimsbi Taun”a uduzaraq turnirdən kənarlaşdırılmışdı. Avrokuboklarda da iştirak etməyən İngiltərə nəhəngi üçün 2025/26 mövsümü erkən məyusluqlarla yadda qalıb.
Bu nəticələrdən sonra “Mançester Yunayted”in cari mövsümdə maksimum 40 oyun keçirəcəyi rəsmi olaraq dəqiqləşib. Bu isə klub tarixində nadir hallarda rast gəlinən göstəricidir.
The Athletic nəşrinin jurnalisti Uill Ceynsin məlumatına görə, bu rəqəm “Mançester Yunayted”in 1914/15 mövsümündən bəri (müharibə illəri istisna olmaqla) bir mövsümdə keçirdiyi ən az oyun sayı olacaq.
Bu statistika klubun son illərdə yaşadığı idman böhranını bir daha göz önünə sərir və azarkeşlər arasında ciddi narahatlıq yaradıb.
© Copyright 2026, All Rights Reserved