"Mançester Yunayted" hücumçusunu "Çelsi"də tapdı
Liam Delap mövsüm başa çatdıqdan sonra "Çelsi"dən ayrılmağı düşünür.
90plus.az xəbər verir ki, ingiltərəli hücumçu kifayət qədər oyun şansı əldə etmədiyi üçün narazıdır. Bu barədə CaughtOffside xəbər yayıb.
Delap yaxın günlərdə ayrılmaq istədiyini klub rəhbərliyinə çatdırmağı planlaşdırır. Onunla "Mançester Yunayted", "Nyukasl" və "Everton" maraqlanır.
Qeyd: “Çelsi” futbolçunu 2025-ci ilin yayında "İspviç Taun"dan 35 milyon avro qarşılığında heyətinə qatıb. İngiltərə milli futbol komandasının üzvü olan Delap London klubunun formasında keçirdiyi 24 rəsmi oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved