"Mançester Yunayted"də problem bitmir - FA Kubokundan da oldular
FA Kubokunda maraqlı nəticə: “Brayton” “Mançester Yunayted”i kubokdan yola saldı.
90plus.az xəbər verir ki, İngiltərə Federasiya Kubokunda (FA Cup) “Brayton” səfərdə “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək 4-cü tura yüksəlib.
“Old Trafford” stadionunda keçirilən oyunda hesab 12-ci dəqiqədə açılıb. “Brayton” Brajan Qrudanın qolu ilə 1:0 önə keçib.
İkinci hissəyə sürətli başlayan qonaqlar 65-ci dəqiqədə Denni Uelbekin dəqiq zərbəsi ilə fərqi iki topa çatdırıblar. “Mançester Yunayted” 85-ci dəqiqədə Benyamin Şeşkonun qolu ilə hesabı azaltsa da, bu qol nəticəni dəyişməyib.
Qarşılaşmanın qalan hissəsində başqa qol qeydə alınmayıb və oyunu 2:1 hesabı ilə qazanan “Brayton” FA Kubokunda növbəti mərhələyə adlayıb:
Man Yunayted 1 - 2 Brayton
Qruda 12’
Velbek 65’
B. Şeşko 85’
İngiltərə Kuboku, 3-cü mərhələ
© Copyright 2026, All Rights Reserved