"Mançester Yunayted"də zədə şoku - "Arsenal"a qol vurmuşdu
Patrik Dorqu təxminən 10 həftə meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" klubunun cinah oyunçusu Patrik Dorqu bud əzələsindən aldığı zədə səbəbindən təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
21 yaşlı futbolçu zədəni bazar günü "Arsenal" üzərində qazanılan 3:2 hesablı qələbənin ikinci hissəsində alıb. Həmin görüşdə qol da vuran Dorqu üçün ilkin olaraq əzələ qıcolması ehtimalı irəli sürülsə də, son müayinələr zədənin daha ciddi olduğunu göstərib.
Bu itki müvəqqəti baş məşqçi Maykl Kerrik üçün ciddi zərbə hesab olunur. Belə ki, Dorqu təxminən 8 oyunu buraxa bilər. Gənc futbolçu Ruben Amorim dövrünün sonlarından etibarən sabit inkişaf göstərir və artıq komandanın əsas fiqurlarından birinə çevrilməkdə idi.
© Copyright 2026, All Rights Reserved