Mareskanın səhhətində kəskin problem var
İngiltərə Premyer Liqasının 19-cu turunda “Çelsi” öz meydanında “Bornmut”la 2:2 hesablı heç-heçə edib. “Çelsi”nin baş məşqçisi Entso Mareska səhhətində kəskin pisləşmə yaşadığı üçün oyundan sonra mətbuat konfransında iştirak edə bilməyib.
90plus.az xəbər verir ki, onun əvəzinə köməkçi məşqçi Villi Kabalyero jurnalistlərin suallarını cavablandırıb. Kabalyero bildirib ki, Mareska son iki gündür özünü yaxşı hiss etmir və xəstədir. Hazırda italiyalı mütəxəssisin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
"Bornmut"un baş məşqçisi Andoni Iraola isə oyundan sonra belə danışıb:
“Bu, bizdə tez-tez baş verir. Bəzən çox yaxşı oynadığımız oyunlar olur. Birinci yarı əla idi, amma nəticənin 2-2 bitməsi bir qədər məyusedicidir, çünki 5-6 açıq qol şansımız oldu. Daha çox imkanlarımız vardı. 1 xal qazanmaqla Stamford Bridge-dən sərfəli ayrıldıq, demək olmaz.
Əsas anlar bizim xeyrimizə işləmədi. Oyunçuların göstərdiyi performansla çox fəxr edirəm; onların necə fədakarcasına mübarizə apardığını gördüm. Belə oynamağa davam etməliyik və eyni zamanda belə qollar buraxmamağa çalışmalıyıq,” – deyə o bildirib.
© Copyright 2026, All Rights Reserved