Maykl Kerrikin “Mançester Yunayted”indən 4/4 qələbə
İngiltərə Premyer Liqasının 25-ci turunda Maykl Kerrikin rəhbərlik etdiyi “Mançester Yunayted” doğma meydanda “Tottenhem”i qəbul edib.
90plus.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmada "Yunayted" rəqibini 2:0 hesabı ilə məğlub edib.
4 qələbə ard-arda gəldi:
Man Yunayted 2 - 0 Tottenhem
B. Mbeumo 38’
B. Fernandeş 81’
Qollar:
https://t.me/doxsanplus/114157
https://t.me/doxsanplus/114157
Bruno Fernandeş "Man Yunayted" forması ilə 200 qola töhfə verib: 104 qol, 96 assist.
“Tottenhem”dən Kristian “Kuti” Romero Mövsümdə ikinci qırmızı vərəqə alır və 4 oyunluq cəza yeyir:
Buraxacağı oyunlar: "Nyukasl", "Arsenal", "Fulhem" və "Kristal Pelas".
"Man Yunayted" Maykl Kerrik dövründə Böyük Altılıq-dən 3 rəqibi məğlub edib!
Bu qələbə ilə “Mançester Yunayted” yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında çətin hesab olunan 4 oyunluq seriyanı maksimum nəticə – 12 xalla başa vurub.
Turdan sonra “Mançester Yunayted”in xalı 41-ə yüksəlib, “Tottenhem” isə 29 xalda qalıb. Növbəti turda “Mançester Yunayted” səfərdə “Vest Hem”in qonağı olacaq, “Tottenhem” isə doğma meydanda “Nyukasl”ı qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved