"Mayorka"dan sensasiya – "Real Madrid" məğlub oldu
İspaniya La Liqasının 30-cu turunda "Mayorka" öz meydanında "Real Madrid"i qəbul edib.
90plus.az xəbər verir ki, "Son Moix" stadionunda keçirilən qarşılaşma olduqca gərgin mübarizə şəraitində keçib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mayorka"nın qollarını 42-ci dəqiqədə Morlanes və 90+1-ci dəqiqədə Vedat Muriqi vurub. "Real Madrid"in yeganə qoluna isə 88-ci dəqiqədə Eder Militao imza atıb.
Bu nəticədən sonra "Mayorka" xalını 31-ə yüksəldib. "Real Madrid" isə 69 xalla qalıb.
Əgər "Barselona" növbəti turda "Atletiko Madrid" üzərində qələbə qazanarsa, liderlik uğrunda mübarizədə "Real Madrid"lə xal fərqini 7-yə çatdıracaq.
© Copyright 2026, All Rights Reserved