Mbappe: “Perestianni bir neçə dəfə “MEYMUN” dedi”
Mbappe Vinisiusla bağlı qalmaqala münasibət bildirdi.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Benfika” – “Real Madrid” matçından sonra yaşanan rasizm qalmaqalı ilə bağlı Kilian Mbappe açıqlama verib.
Fransalı hücumçu bildirib ki, hadisənin bütün detallarını şəxsən eşidib və baş verənlər qəbuledilməzdir.
Mbappenin sözlərinə görə, Vinisius qol vurduqdan sonra sevincini yaşayarkən tribunalar tərəfindən fitə basılıb. Onun fikrincə, bu cür reaksiyalar futbolda tez-tez olur. Lakin daha sonra meydanda vəziyyət gərginləşib.
Mbappe iddia edir ki, “Benfika”nın 25 nömrəli futbolçusu Canluka Prestianni Vinisiusa qarşı təhqiramiz ifadələr işlədib. Fransalı ulduzun sözlərinə görə, həmin futbolçu “meymun” ifadəsini bir neçə dəfə təkrarlayıb. Mbappe əlavə edib ki, bu sözləri o da, bəzi “Benfika” oyunçuları da eşidib və bundan sonra meydandakı qarşıdurma başlayıb.
Fransalı forvard “Benfika” klubuna və onların baş məşqçisinə hörmətlə yanaşdığını vurğulasa da, belə davranışın Çempionlar Liqası kimi nüfuzlu turnirdə yolverilməz olduğunu bildirib. Onun fikrincə, bu cür hərəkət edən futbolçu turnirdə çıxış etməməlidir.
Mbappe qeyd edib ki, Çempionlar Liqasında oynamaq böyük şərəfdir və futbolçular gənclərə nümunə olmalıdır. Əks halda, futbolun əsas dəyərləri zərbə altına düşə bilər.
Öz növbəsində, Prestianni hakimə açıqlamasında Vinisiusa “mono” (meymun) demədiyini, “hermano” (qardaş) demək istədiyini bildirib.
Hadisə ilə bağlı UEFA-nın araşdırma aparacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved