Messini keçdi, gözü Ronaldonun taxtında

Anxel Di Mariyanı Ronaldodan cəmi bir assist ayırır.
90plus.az xəbər verir ki, Portuqaliya təmsilçisi "Benfika"da Anxel Di Mariya performansı ilə hamını heyrətləndirir. Lissabon klubu ilə meydana çıxdığı son 3 oyunda 36 yaşlı futbolçu ümumilikdə 7 qol vurub və 3 də məhsuldar ötürmə edib.
UEFA Çempionlar Liqasında geri düşdükləri "Monako" qarşısında 84-cü və 88-ci dəqiqələrdə etdiyi ötürmələrlə komandasına qələbə qazandıran oyunçulardan olan argentinalı futbolçu, Nəhənglər Liqasında statistikanı alt-üst etdi.
REKORDUN 2 ÖTÜRMƏ UZAQLIĞINDA
Anxel Di Mariya "Monako" qarşısında etdiyi iki məhsuldar ötürmə ilə Çempionlar Liqasında ötürmələrinin sayını 41-ə yüksəldib və 40 ötürməsi olan Lionel Messini geridə qoyub. UEFA Çempionlar Liqasında 42 ötürmə ilə rekord sahibi olan Kriştiano Ronaldonun yalnız 1 ötürmə gerisində olan Di Mariya, rekorda sahib olmaq üçün çox yaxındır.
© Copyright 2025, All Rights Reserved