Mikel Arteta: “Burada olmağım onun sayəsində”

"Arsenal"ın baş məşqçisi Mikel Arteta ötən gecə 15 qat çempion olan "Real"ı udaraq (2-1; ümumi 5-1) Çempionlar Liqasında yarımfinala adladıqları matçdan sonra Qvardiolaya zəng edib.
90plus.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis həmyerlisinə təşəkkür edib:
"Matçın səhəri Pep Qvardiolaya zəng etdim. Bunu ona görə etdim ki, düşünürəm ki, burada olmağım böyük ölçüdə onun sayəsindədir.
Əvvəla, ona görə ki, o, məni həm oyunçu, həm də məşqçi kimi ruhlandırdı. Sonra da, mənə şans verməyə, məni məşqçi komandasına gətirməyə və onunla dörd gözəl il keçirməyə qərar verən o idi. Yəqin ki, ona hər zaman minnətdar olacam."
Qeyd: Mikel Arteta 2009-cu ildə Arsen Vengerdən sonra "Arsenal"ı Çempionlar Liqasının yarımfinalına çıxaran ilk baş məşqçi oldu. "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved