Milan Çempionlar Liqasını keçirtmək istəmir

Milan şəhərinin 2027-ci il Çempionlar Liqası finalına ev sahibliyindən imtina etməsi gözlənilir.
90plus.az xəbər verir ki, 2026-cı ilin fevralında Qış Olimpiadasının açılışı məhz bu stadionda olacaq. Stadionun isə geniş şəkildə yenidənqurmaya ehtiyacı var.
Milan şəhərinin meri yenidənqurma üçün pul tapmaqda çətinlik çəkir.
Qeyd: Mötəbər klub turnirinin 2027-ci ildəki final matçı iyunun 5-nə nəzərdə tutulub.
© Copyright 2025, All Rights Reserved