"Milan" əfsanəsi İtaliya millisinə keçə bilər
İtaliya futbolunun canlı əfsanələrindən sayılan Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyinə namizədlərdən biri kimi nəzərdən keçirilir.
90plus.az “La Stampa”ya istinadən xəbər verir ki, federasiyanın əvvəlki prezidenti Qabriele Qravina könüllü şəkildə istefa verib. Yeni prezident seçkilərinin iyunun 22-də keçirilməsi planlaşdırılır və namizədlərin səsvermədən 40 gün əvvəl rəsmi qeydiyyatdan keçməsi tələb olunur.
Maldini daha əvvəl milli komandada müxtəlif vəzifələrdə çalışıb. O, 2018-2019-cu illərdə komandanın inkişaf direktoru olub, daha sonra isə texniki direktor postunu tutub. 2023-cü ilin iyununda bu vəzifədən ayrılıb.
Qeyd: İtaliya millisi pley-off mərhələsində Bosniya və Herseqovinaya (1:1, penaltilər 1:4) məğlub olaraq dünya çempionatına vəsiqə qazana bilməyib.
© Copyright 2026, All Rights Reserved