Millimiz 1/8-də bu komanda ilə qarşılaşacaq

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsinin pley-offundakı rəqibi bəlli olub.
90plus.az xəbər verir ki, millimiz 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.
Komandamız qrup mərhələsini 2 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə başa vurub. Portuqliya isə qrupda keçirdiyi hər 3 oyunu maksimum nəticə ilə başa vurub. Yığmalar arasında oyun sabah 18:45-də start götürəcək.
Qeyd: Dünya çempionatının final mərhələsinə Avropa zonasından 4 yığma vəsiqə qazanacaq.
© Copyright 2025, All Rights Reserved