Millimiz qrupda liderdir!
Azərbaycanın minifutbol millisi qrup lideri olub. 90plus.az xəbər verir ki, bu gün yığmamız Fransanı məğlub edərək buna nail olub: Azərbaycan 3-1 Fransa Qollar: https://t.me/doxsanplus/83681 Qrupdakı oyunlar: ✔️ İlk oyun: Azərbaycan 3-0 Belçika ✔️ İkinci oyun: İtaliya 1-2 Azərbaycan ✔️ Üçüncü oyun: Azərbaycan 3-1 Fransa Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.