"Neftçi" "Sumqayıt"ı səfərdə məğlub etdi
Azərbaycan Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt" üzərində qələbə qazanıb.
90plus.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Ağ-qaralar”ın heyətində qolları Freddi Varqas (36, penalti), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Nikola Ninkoviç (53) imza atıb.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Neftçi" xallarının sayını 40-a çatdıraraq 5-ci pillədə qərarlaşıb. "Sumqayıt" isə 32 xalla 7-ci yerdə qalıb.
Qeyd: Turun açılış oyununda "Qəbələ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved