Noyer milli karyerasını bitirdiyini açıqladı

Manuel Noyer Almaniya millisindəki çıxışını yekunlaşdırdı.
90plus.az xəbər verir ki, bu barədə qapıçı öz rəsmi instaqram səhifəsində paylaşım edib. Almaniyalı qapıçı ayrılarkən bu sözləri deyib:
"Almaniya millisinin qapısını qorumaq mənim üçün şərəf idi. Saysız-hesabsız uğurlar qazandım. Bunun üçün çox qürurluyam. Komanda yoldaşlarım üçün darıxacam. Ancaq əminəm ki, onlar qaldığımız yerdən davam edəcək".
Qeyd: Noyer Almaniya millisində 2009-dan bəri çıxış edirdi. O, Almaniya millisi ilə 1 dəfə Dünya çempionu, 1 dəfə Dünya üçüncüsü, 1 dəfə Avropa üçüncüsü olmağı bacarıb. O, 2009-da keçirilən 21 yaşaltı Avropa çempionatının da qalibi olub.
© Copyright 2025, All Rights Reserved