"O, böyük peşəkardır" "Ludoqorets"in çalışdırıcısı

"Ludoqorets"in baş məşqçisi Georgi Dermendjiyev "Qarabağ"la sabah keçiriləcək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu haqda danışıb.
90plus.az xəbər verir ki, Dermenciyev bunları deyib: "Şübhəsiz, "Qarabağ" beynəlxalq arenada böyük təcrübəyə malik komandadır. Biz isə geniş heyətə malikik. Heyif ki, Bernard Tekbetey xoşagəlməz zədə alıb."Qarabağ"la səfərdəki ilk oyunda futbolçularımı daha yaxından tanıdım. Onlar heç nədən qorxmur və hər görüşdə qol vururlar. Bu bizim üçün həddən artıq vacib, amma çox da çətin matçdır. Futbolçularımız yaxşı formadadırlar. Hazırda bu matçı düşünürük, "Levski" ilə görüşü sonra fikirləşəcəyik. "Qarabağ" hərtərəfli güclü olan Avropa komandasıdır. Mən bu komandanı, tarixini və baş məşqçisi Qurban Qurbanovun işini bilirəm. O, böyük peşəkardır".
Qeyd: “Ludoqorets” – “Qarabağ” matçı sabah Razqradda “Huvefarma Arena” stadionunda saat 22:00-da başlayacaq. İlk oyundan rəqibimizin 2:1 üstünlüyü var.
© Copyright 2025, All Rights Reserved