“Otağa girmə, sən futbolçu deyilsən”
I Liqada gərgin anlar: “Səbail”də insident oldu.
90plus.az xəbər verir ki, Azərbaycan I Liqasında növbəti turun oyunundan sonra qalmaqallı hadisə yaşanıb. “Səbail” səfərdə MOİK-ə 0:1 hesabı ilə məğlub olub.
Məlumata görə, qarşılaşmadan sonra qonaq komandanın soyunub-geyinmə otağında gərginlik yaranıb. Komandanın kapitanı Yusif Nəbiyev ilə baş məşqçi Adil Şükürov arasında mübahisə baş verib.
İddialara əsasən, baş məşqçi oyundan çıxmaq istəməyən futbolçuya “Otağa girmə, sən futbolçu deyilsən” deyib. Kapitan isə buna cavab olaraq “Sən də məşqçi deyilsən” ifadəsini işlədib.
Hadisənin detalları və klub tərəfindən mümkün açıqlama hələlik məlum deyil.
Mənbə: İdmanxeber
© Copyright 2026, All Rights Reserved