Özbəkistan millisi kubok qazandı
90plus.az xəbər verir ki, Orta Asiya Futbol Federasiyası (CAFA) tərəfindən bu il ikinci dəfə təşkil olunan Millətlər Kubokunun final qarşılaşmasında Özbəkistan millisi böyük uğura imza atdı. Daşkənddə keçirilən oyunda İran üzərində 1:0 hesablı qələbə qazanan özbəkistanlılar turnirin qalibi oldular.
Final oyunu Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Olimpiya Stadionunda baş tutdu. Görüşün əsas vaxtı qolsuz bərabərliklə tamamlandı. Matçın uzatma hissəsinin son saniyələrində, 120-ci dəqiqədə Xocakbar Alicanovun vurduğu qol Özbəkistan millisinə qələbə qazandırdı.
Bu qələbə Özbəkistan üçün simvolik əhəmiyyət daşıyır. Belə ki, komanda İranı 13 ildən sonra ilk dəfə məğlub etməyi bacardı. Bundan əlavə, Özbəkistan daha öncə Dünya Çempionatının Asiya seçmə mərhələsində uğurla çıxış edərək tarixində ilk dəfə 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanmışdı.
© Copyright 2026, All Rights Reserved