Özbəkistanlı "Mançester Siti"də hamını qabaqladı
İngiltərənin “Mançester Siti” komandasında yanvar ayı üzrə ən yaxşı futbolçunun adı açıqlanıb.
90plus.az xəbər verir ki, ötən ay “şəhərlilər”in ən yaxşı oyunçusu adına Abdukodir Xusanov layiq görülüb. Klubun rəsmi internet səhifəsi bu barədə məlumat yayıb.
Özbəkistan millisinin üzvü azarkeşlər arasında keçirilən səsvermənin qalibi olub. 21 yaşlı mərkəz müdafiəçisi bu yarışmada qapıçı Canluici Donnarumma və yarımmüdafiəçi Bernardo Silvanı geridə qoyub.
Qeyd: Abdukodir Xusanov yanvar ayında “Mançester Siti”nin heyətində 7 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved