Pep Qvardiola: "Real" Çempionlar Liqasının kralıdır"

”Man Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasındakı rəqibləri barədə danışıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasında liqa mərhələsinə dünən yekun vuruldu.
"Mançester Siti" son anda pley-off mərhələsinə vəsiqə qazandı. Bundan sonra Pep Qvardiola mümkün rəqiblər haqqında danışdı:
”Püşkdə “Real Madrid” və ya “Bayern” düşəcək? Biri Çempionlar Liqasının kralıdır, digəri isə bu turnirin 2-ci və ya 3-cü nəhəngidir. Onlar bizimlə düşməyə məmnun olarlarmı? Düzü, bunu bilmirəm.
İki həftə ərzində biz indi olduğumuzdan daha yaxşı olacağıq, çünki yeni oyunçular bu iki nəhəngə qarşı bizimlə ola biləcək”
© Copyright 2025, All Rights Reserved