Perez "Real"da komandaya qulaqburması verəcək

"Real Madrid" rəhbərliyi komanda ilə birgə iclas keçirəcək.
90plus.az xəbər verir ki, toplantı yaxın günlərdə baş tutacaq. Rəhbərlik bəzi futbolçuların meydanda komanda hədəfləri naminə yetərincə çalışmadığını düşünür. Bu səbəbdən bir sıra oyunçularla söhbət nəzərdə tutulub.
"Los Blancos" rəhbərliyini ən çox narahat edən Vinisius Juniorun hazırkı formasıdır. Eyni zamanda, Rodriqonun satılması ilə bağlı qərar verilib. Mbappenin oyunu da rəhbərlikdə narahatlıq doğurur.
Qeyd: Komanda bu il bütün turnirlərdən əliboş qayıtdı.
© Copyright 2025, All Rights Reserved