PSJ-nin qol silahı cavab oyununda olmaya bilər

Usman Dembelenin "Arsenal"la keçiriləcək cavab qarşılaşmasında iştirakı hələ də qeyri-müəyyəndir.
90plus.az xəbər verir ki, PSJ-nin hücumçusu Çempionlar Liqasının ilk oyunu zamanı sağ bud əzələsindən zədə alıb və bu səbəbdən bu gün əsas komanda ilə birgə məşq etməyib – bu da profilaktik tədbir kimi qiymətləndirilir.
Gözlənilir ki, Paris təmsilçisinin hücumçusu 3 may tarixində baş tutacaq Liqa 1-in "Strasburq"la görüşünü buraxacaq. Lakin onun 7 mayda "Arsenal"a qarşı oynayacağı hələlik dəqiq deyil.
Dembele bu mövsüm Çempionlar Liqasında 8 dəfə rəqib qapısına yol tapıb. Həmçinin, "Arsenal"la ilk matçda qalibiyyət qolunu vurub.
© Copyright 2025, All Rights Reserved