“Qarabağ” Bolqarıstan futboluna antirekord yüklədi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə uduzan Bolqarıstan “Ludoqorets”i antirekord müəyyənləşdirib.
90plus.az xəbər verir ki, klub avrokuboklarda doğma meydanda qapısından 7 top buraxan ilk Bolqarıstan kollektivi olub. Buna qədər antirekord 1977-ci ildə Kuboklar Kubokunda Belçika "Anderlext"inə 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə aid olub.
Qeyd: "Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets”i 2 oyunun nəticəsinə görə 8:4 məğlub edərək pley-offa vəsiqə qazanıb. “Köhlən atlar” bu mərhələdə Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved