"Qarabağ"ın 7 qolu Dermençievi işindən etdi

UEFA Çempionlar Liqasındakı acı məğlubiyyətdən sonra "Ludoqorets" klubu bunu Georgi Dermençievə bağışlamadı.
90plus.az xəbər verir ki, Bolqarıstan klubu baş məşqçisini istefaya göndərdi. Bu qərar "Qarabağ"a 7-2-lik məğlubiyyətdən sonra verildiyi bildirilir. Onu postunda müvəqqəti olaraq Zahari Sirakov əvəz edəcək. Qərarın tez bir zamanda açıqlanacağı qeyd olunub.
Qeyd: "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"i 7-2 hesabı ilə məğlub edib. İlk matç bolqarların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
© Copyright 2025, All Rights Reserved