“Qarabağ”a PSJ-nin qələbəsi sərf edir

PSJ bu gün finala yüksəlsə, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə 1-ci yox, 2-ci təsnifat mərhələsindən başlayacaq.
90plus.az xəbər verir ki, turnirin finalçısı "İnter" artıq liqa yolu ilə ÇL-ə vəsiqəni təmin edib. PSJ də ölkəsinin çempionu olduğu üçün yeni mövsümdə bu turnirdə iştirak edəcək.
Hər iki komanda əvvəldən turnirə haqq qazandığı üçün avtomatik 3-cü təsnifatdan bir komanda - ən yüksək reytinqli olan "Olimpiakos" Liqa mərhələsinə yüksələcək. 3-cü təsnifatdan bir komandanın azalması ilə II təsnifatdan bir kollektiv bura yüksələcək.
İndiki məqamda 1-vi təsnifatdan başlamalı olan "Qarabağ" isə səbətində ən yüksək reytinqli iki komandadan biri olduğu üçün (digəri "Slovan") 2-ci təsnifat mərhələsinə yüksələcək.
© Copyright 2025, All Rights Reserved