"Qarabağ"ın matçına hakim təyinatı

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi ilk oyununa hakim təyinatları açıqlanıb.
90plus.az xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.
© Copyright 2025, All Rights Reserved