"Qarabağ"ın oyunu Türkiyə kanalında

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı "Dinamo Zaqreb"lə matçı Türkiyə dövlət kanalı TRT 1-də canlı yayımlanacaq.
90plus.az xəbər verir ki, "Qarabağ" UEFA Çempionlar Liqasında pley-offda Xorvatiyanın "Dinamo Zaqreb" komandası ilə qarşılaşacaq. Matç 20 avqustda Zaqrebdə "Maksimir" stadionunda oynanılacaq. Oyunun start fiti Bakı vaxtı ilə 23:00-da çalınacaq.
Oyun Türkiyə dövlət kanalı TRT 1-də canlı yayımlanacaq.
© Copyright 2025, All Rights Reserved