“Qarabağ”ın potensial rəqibi odur

Çempionlar Liqasında pley-off mərhələsinin püşkünə görə “Qarabağ” - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibinin rəqibi məlum olub.
90plus.az xəbər verir ki, qalib pley-offda Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. Ağdam təmsilçisi "Lüdoqorets" səddini adlayarsa, pley-offda ilk oyununu səfərdə keçirəcək.
Qeyd: Pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved