"Qarabağ"ın rəqibi "Liverpul"dan 4 qol yedi
“Liverpul” İngiltərə Premyer Liqasında vacib qələbə qazanıb. Mersisayd təmsilçisi 24-cü tur çərçivəsində öz meydanında “Nyukasl Yunayted”i qəbul edib və qarşılaşmadan 4:1 hesablı qalibiyyətlə ayrılıb.
90plus.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən oyunda ev sahiblərinin qollarını 41 və 43-cü dəqiqələrdə Hüqo Ekitike, 67-ci dəqiqədə Florian Virts və 90+3-cü dəqiqədə İbrahima Konate vurub. “Nyukasl Yunayted”in heyətində isə 36-cı dəqiqədə Antoni Qordon fərqlənib.
Bu nəticə ilə “Liverpul” Premyer Liqada 5 oyunluq qələbəsizlik seriyasına son qoyub və 2026-cı ildə ilk qələbəsini əldə edib. 39 xala yüksələn komanda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. 33 xalı olan “Nyukasl Yunayted” isə 10-cu sırada yer alır.
MATÇDA VURULAN QOLLARIN VİDEOLARINA BU CÜMLƏYƏ KLİK EDƏRƏK KEÇİD EDİN
Qeyd: "Qarabağ" UEFA Çempionlar Liqasında 1/16 final mərhələsində "Nyukasl"la qarşılaşacaq
© Copyright 2026, All Rights Reserved