"Qarabağ"ın rəqibindən etiraf: "Başqa çarəmiz yox idi"
Eddi Hau: “Nyukasl” yanvar transfer pəncərəsində niyə səssiz qaldıqlarını izah etdi.
90plus.az xəbər verir ki, “Nyukasl” baş məşqçisi Eddi Hau klubun yanvar transfer pəncərəsində oyunçu almadığını müdafiə edib və bunun uzunmüddətli planlama və mövcud məhdudiyyətlərlə əlaqəli olduğunu bildirib.
Hau risk barədə danışaraq deyib: “Heç kimlə müqavilə bağlamamaq riskdir? Bəli. Burada sözlərimi ehtiyatla seçməliyəm – həqiqətən başqa çarəmiz yox idi.
Hər qərarımız uzunmüddətli nəticələrə hesablanıb. Bizim yetərli vəsaitlə kimsəni almağımızın qısa müddətli fayda verəcəyinə zəmanət yox idi.
Biz artıq belə şəraitdə işləməyə öyrəşmişik – son dörd-beş transfer pəncərəsinin yalnız birində aktiv olmuşuq.
Biz məhdudiyyət altındayıq və yayda, oyunçu almağın daha asan olduğu və daha sərfəli olduğu vaxtı gözləməyi qərara almışıq.”
Qeyd: "Nyukasl" UEFA Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved