“Qazaxıstan Azərbaycanı məğlub etməlidir”

Qazaxıstan millisinin sabiq futbolçusu Aleksandr Kirov millimizlə oyun haqda danışıb.
90plus.az xəbər verir ki, Kirov öz ölkəsinin yığmasını daha şanslı hesab edir:
“Bir-birini yaxşı tanıyan rəqiblərin görüşü olacaq. Son bir neçə ildə bu komandalar arasında çox oyunlar olub. Fikrimcə, Qazaxıstan bu gün Azərbaycanı məğlub etməlidir. Əsas olan müdafiədə səhv etməməkdi. Bundan əlavə, millinin Azərbaycana çox qol vura biləcəyini düşünürəm”.
Qeyd: Azərbaycan milli futbol yığması bu gün saat 18:00-da Macarıstanda sonuncu yoldaşlıq oyununda Qazaxıstanla üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved