Qolçu Harri Keyn rekord qırdı

Ötən gecə Çempionlar Liqasının Liqa mərhələsində "Dinamo" ilə oyunda (9-2) poker edən ”Bayern Münhen”in ulduzu Harri Keyn avrokuboklarda ən çox qol vuran ingilis futbolçu olub.
90plus.az xəbər verir ki, Harri Keyn 33 qolla Ueyn Runiyə (30 qol) məxsus rekordu üstələyib. Bu göstəricidə 27 qolla Rahim Sterlinq 3-cüdür.
Harri Keyn:
33 qolla Çempionlar Liqasının ən yaxşı ingilis qolçusu;
“Bayern” oyunçusu olaraq 50 oyunda 53 qol;
”Dinamo Zaqreb” matçında dörd qol, son oyunda üç qol…
Qol videoları: https://t.me/doxsanplus/89215
Qeyd: Harri Keyn sözügedən matçın ən yaxşı oyunçusu seçilib. FOTO
© Copyright 2025, All Rights Reserved