Qurban Qurbanov: "Sona qədər mübarizə apardıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Dinamo" ilə oyundan sonra müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Əfsuslar olsun ki, məğlub olduq. Futbolçular çox əziyyət çəkdilər. Sonadək bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Qol epizodlarımız oldu. Daha çox meydanın rəqibə aid hissəsində oyunumuzu diqtə etmək istəyirdik. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılıb".
"Çatışmazlıqlar var və bunlara diqqət ayrılmalıyıq. Bəzi epizodlarda rəqibin ustalığını nəzərə almaq lazımdır. İstənilən halda, iki oyunda beş qol buraxmışıqsa, nəyisə izah etmək düzgün çıxmaz".
Qeyd: "Qarabağ " Çempionlar Liqasının pley-offunda "Dinamo"ya ümumi hesabda 5-0 məğlub olaraq mübarizəni dayandırdı.
© Copyright 2025, All Rights Reserved