Qvardiola özünün ən pis nəticəsini təkrarladı

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında "Real Madrid"ə 2:3 hesabı ilə məğlub olub.
90plus.az xəbər verir ki, bu nəticə "şəhərlilər"in cari mövsümdə 12-ci məğlubiyyəti kimi qeydə alınıb.
Bu məğlubiyyət "Siti"nin baş məşqçisi Xosep Qvardiolanın 2020-ci ildəki şəxsi antirekordunu təkrarlayıb. O dövrdə də Qvardiolanın komandası mövsüm ərzində ümumilikdə 12 dəfə uduzmuşdu. Lakin həmin göstərici bütün turnirləri əhatə edirdi. Bu isə o deməkdir ki, "Mançester Siti"nin növbəti məğlubiyyəti Qvardiolanın karyerasında yeni antirekordun qeydə alınması ilə nəticələnəcək.
Xatırlatma: "Mançester Siti” bu mövsüm Premyer Liqada 7, Çempionlar Liqasında 4 və İngiltərə Liqa Kubokunda 1 məğlubiyyət alıb.
© Copyright 2025, All Rights Reserved