"Real" Antonio Rüdigerlə bağlı qərarını verdi
"Real" mövsümün sonunda müqaviləsi başa çatacaq Antonio Rüdigerlə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisi almaniyalı müdafiəçini komandada saxlamağa qərar verib. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Kral klubu” 33 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni müqavilə imzalamağı planlaşdırır.
Qeyd: Antonio Rüdiger 2022-ci ilin yayından "Real"ın formasını geyinir. Almaniya millisinin üzvü bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 18 rəsmi oyunda 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved