"Real Madrid"də daha bir zədə! "Man Siti"nin “bayramıdır”

"Real Madrid"in 32 yaşlı avstriyalı müdafiəçisi David Alaba yenidən zədə alıb.
90plus.az xəbər verir ki, klubunun mətbuat xidməti Alabaya sol bud əzələsinin zədələnməsi diaqnozu qoyulduğunu məlumst verin.
Klub futbolçunun müayinəsindən alınan əlavə nəticələri gözləyir. Eyni zamanda, müdafiəçinin 2-3 həftə müddətində oyunlara çıxmayacağı gözlənilir. Buna görə də Alaba 11 fevralda İngiltərədə "Mançester Siti" ilə keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşünü buraxacaq.
Bu günkü məşqdə Vinisius Junior və Cud Bellingem iştirak etməyiblər. Lakin Eduardo Kamavinqa məşqlərə qoşulub.
Əvvəlcə Antonio Rüdigerin də təxminən 20 gün müddətinə sıradan çıxdığı bildirilmişdi.
Xatırlatma: Alaba 2023-cü ilin dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bir ildən çox bir fasilədən sonra 30 dekabr 2024-cü ildə komandaya qoşulub.
ƏLAVƏ: Karlo Ançelotti: "Biz pis vəziyyətdəyik, çünki həm Rüdiger, həm də Alaba 20 gün yaşıl meydanlardan kənarda qalacaqlar".
© Copyright 2025, All Rights Reserved