“Real” normal komanda deyil”- Pep

''Real Madrid" heç normal bir komanda deyil".
90plus.az xəbər verir ki, ”Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2-3 məğlub olduqları “Real Madrid” matçla haqda danışıb:
''Real Madrid" normal deyil. Ən yaxşı oyunçumuz Ederson idi. Madriddə geri dönüş etməyə çalışacağıq, ancaq emosional olaraq bugünkü nəticə bizim üçün çox ağır bir zərbə oldu.
“Real Madrid” ilə qarşılaşdığım bütün oyunlar arasında bu il onların ən yaxşı oynadığı il olduğunu düşünürəm. Bu mövsüm bu (geri dönüşlə məğlub olmaq), dəfələrlə baş verib. Sadəcə səhv qərarlara görə, vəssalam...''.
Pep Qvardiola komandasının ən yaxşı dönəmində olmadığını etiraf edib və pis dövrün məsuliyyətini öz üzərinə götürdüyünü də bildirib.
Qeyd: Tərəflərin cavab matçı fevralın 19-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved