“Real Madrid” onu da alır

“Real Madrid” Alvaro Karrerasın transferini yekunlaşdırmaq üzrədir.
90plus.az xəbər verir ki, "Los Blancos" və "Benfika" arasındakı danışıqlar müsbət istiqamətdə irəliləyir.
22 yaşlı sol cinah müdafiəçisi yalnız "Real Madrid"ə keçmək istəyir və şəxsi müqaviləsinin detallarını hələ iyunda razılaşdırıb.
Transfer Klublararası Dünya Çempionatından sonra rəsmi açıqlana bilər ( 📰: Fabrizio Romano).
© Copyright 2025, All Rights Reserved