"Real"da zədəli sayı artdı: Mbappe ili yekunlaşdırdı

"Real Madrid"in hücumçusu Kilian Mbappenin durumu ilə bağlı ilkin rəy bəlli olub.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının "Atalanta" ilə görüşündə zədələnən fransalı futbolçu 2024-cü ildə yaşıl meydanlara çıxmayacaq.
Onun aldığı xəsarətin nə dərəcədə ağır olması dəqiqləşməsə də, istənilən əzələ ağrıları üzündən Mbappe La Liqanın "Rayo Valyekano" ilə dekabrın 14-dəki görüşündə oynamayacaq. Onun dörd gün sonra Qitələrararası Kubokun finalını buraxacağı da dəqiqləşib.
Kilian Mbappe "Sevilya"ya qarşı 2024-cü ilin son sınağında da forma geyinməyəcək. Kilianın meydanı axsayaraq tərk etməsi də durumunun yaxşı olmadığını göstərir.
Qeyd: Mbappe "Atalanta" üzərindəki 3:2 hesablı səfər qələbəsinə bir qolla töhfə verib.
© Copyright 2025, All Rights Reserved