Ronaldo Çempionlar Liqasında qollarını sıralayır

Asiya Çempionlar Liqasının Qərb divizionunda beşinci turun oyunları keçirilir.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının portuqaliyalı ulduz Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr" klubu səfərdə Qətərin "Əl-Qarafa" komandası ilə qarşılaşıb.
Qonaqlar yalnız ikinci hissədə ev sahiblərinin müqavimətini qıra biliblər - 1:3. Ronaldunun dublu komandasına qələbə qazanmağa kömək edib.
Qeyd: bu nəticədən sonra Ər-Riyad klubu 13 xalla yarış cədvəlində 2-ci pillədədir. Doha təmsilçisi isə 4 xalla 7-cidir. Turnirə 15 xalla Səudiyyə Ərəbistanının digər nümayəndəsi "Əl-Əhli" başçılıq edir.
© Copyright 2025, All Rights Reserved