Ronaldo rəqibə verdiyi sözü tutdu
Kriştiano Ronaldo sözünü tutdu – rəqib futbolçuya formasını verdi.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında keçirilən “Əl-Nəsr” – “Əl-Nəcmə” matçı (5:2) maraqlı anla yadda qalıb.
Görüş zamanı “Əl-Nəcmə”nin futbolçusu Felippe Kardoso oyun davam edərkən Kriştiano Ronaldoya yaxınlaşaraq ondan formasını istəyib. Portuqaliyalı ulduz isə futbolçunun adını unutmamaq üçün bir anlıq dayanaraq Kardosonun formasının arxasındakı adı oxuyub.
Ronaldo matçdan sonra sözünü tutub. Final fitindən sonra o, Kardosonu taparaq formasını ona hədiyyə edib.
Bu hadisə sosial şəbəkələrdə də geniş yayılıb və azarkeşlər Ronaldonun bu davranışını yüksək qiymətləndiriblər.
© Copyright 2026, All Rights Reserved