Sabiq "Real Madrid"lı: "Rays xoş sözlərə layiqdir"

Klarens Zedorf Deklan Raysın “Real Madrid” ilə matçda (3:0) cərimə zərbələrindən dubl etməsini şərh edib.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları baş tutub. "Arsenal" öz meydanında "Real Madrid"iəglub edib. Oyunda 2 dəfə cərimə zərbəsindən qol vuran Deklan Rays komandasının qələbəsində mühüm rol oynayıb.
Həmin qollar sabiq "Real Madrid"li Klarens Zedorf dəyərləndirib:
”İlk qolda Rays vəziyyəti yaxşı təhlil etdi. Kurtua canlı səddi pis qurdu, cəmi 4 futbolçudan istifadə etdi və çox boşluq saxladı. Amma yenə də qol vurmaq üçün əla zərbə endirmək tələb olunurdu.
İkinci qolda da Rays ən xoş sözlərə layiqdir. O, topu elə bir nöqtəyə göndərdi ki, hətta Superman də həmin zərbəni dəf edə bilməzdi".
Mənbə: BBC
© Copyright 2025, All Rights Reserved