Şahruddin Mbappe ilə Ronaldonu müqayisə etdi

Şahruddin Məhəmmədəliyev: “Mbappe hazırda ən yaxşı formadadır, Ronaldo daha çox bombardir idi”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mediasına açıqlama verib və Kilian Mbappe ilə Kriştiano Ronaldonu müqayisə edib.
31 yaşlı qolkiper bildirib ki, Mbappe çox güclü və çevik oyunçudur:
“Mbappe çox güclüdür. Televizorda onun sürəti və hərəkətləri realda olduğu kimi hiss olunmur. Çox iti və çevikdir".
O, həmçinin Fransa və Portuqaliya yığmalarını güc baxımından bərabər hesab edir, amma fərqi oyun üslubunda görür:
“Portuqaliyalılarla oynayanda Ronaldo artıq driblinq edən deyil, daha çox bombardir funksiyasını yerinə yetirirdi. Mbappe isə indi özünün ən yaxşı formasıdadır.”
Şahruddin Məhəmmədəliyev fikrini tamamlayaraq həmçinin iki ulduz futbolçunun fərqli oyun üslublarına diqqət çəkib.
Mənbə: Championat
© Copyright 2025, All Rights Reserved