Santos: "Mən Azərbaycana inanıram"

Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Slovakiya ilə oyundan əvvəl müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Sabah meydana qələbə üçün çıxacağıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Yeni yolda çətinliklər də olacaq. Bunun öhdəsindən gəlməliyik.
Mən Azərbaycana inanıram. Onun üçün bura gəlmişəm. Amma yolumuz uzundur. Baza yaratmaq lazımdır. Futbolçulara güvənirəm. Çətin oyun olacaq, lakin inanıram ki, öhdəsindən gələcəklər".
Qeyd: Azərbaycan millisi sentyabrın 8-də Slovakiya ilə səfərdə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved