"Siti" rekordun bir addımlığında

"Mançester Siti"ni rekorddan 2 matç ayırır.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasındakı ilk həftə qarşılaşmasında 2023-cü ilin finalçıları Etihad stadionunda üz-üzə gəldi. "Mançester Siti" ilə "Inter" arasında gərgin keçən oyunda qol vurulmadı və hər iki komanda meydanı 1 xalla tərk etdi.
Premyer Liqada bu mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn "Mançester Siti", rəsmi oyunlardakı ilk xal itkisini yaşadı. Serie A-nın ötən mövsüm çempionu "Inter" isə rəsmi oyunlarda üçüncü heç-heçəsini əldə etdi.
REKORDA 1 OYUN QALDI
"Mançester Siti", "Inter" qarşısındakı heç-heçədən sonra Avropa futbolunun klub səviyyəsindəki 1 nömrəli turnirində məğlubiyyətsizlik seriyasını 24 oyuna çatdırdı.
Pep Guardiolanın komandası bu 24 oyunda 16 qələbə və 8 heç-heçə əldə edib.
Çempionlar Liqasında qrup mərhələsinin ikinci oyununda "Slovan Bratislava"nın qonağı olacaq Pep Guardiolanın komandası bu oyunda da məğlub olmasa, "Mançester Yunayted"in rekordunu təkrarlayacaq.
Evdə "Sparta Praqa" ilə qarşılaşmada isə "Mançester Siti " yeni rekordun sahibi olmaq şansını əldə edəcək.
© Copyright 2025, All Rights Reserved